“Keşlə” hazırlıq planını açıqladı

“Keşlə” hazırlıq planını açıqladı "Keşlə" komandasının qış hazırlıq planı müəyyənləşib.
Futbol
30 Dekabr , 2020 15:13
“Keşlə” hazırlıq planını açıqladı

"Keşlə" komandasının qış hazırlıq planı müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III dövrəsinə və ölkə kubokunun 1/4 final mərhələsinə hazırlaşan paytaxt təmsilçisi yanvarın 4-də Bakıda məşqlərə start verəcək.

Komanda hazırlıq çərçivəsində yanvarın 10-da MOİK, 14-də isə “Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Keşlə" yanvarın 21-də Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi