"Keşlə"dən ayrılan futbolçuya üç ölkədən təklif var

"Keşlə"dən ayrılan futbolçuya üç ölkədən təklif var Keşlə komandası ilə yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanova üç ölkədən təklif var.
Futbol
186
22 İyun , 2020 09:22
Keşlədən ayrılan futbolçuya üç ölkədən təklif var

"Keşlə" komandası ilə yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanova üç ölkədən təklif var. 

Bu barədə "Report"a 29 yaşlı hücumçunun özü məlumat verib. Rusiya, Türkiyə və Qazaxıstan variantlarının olduğunu bildirən Qurbanov əlavə edib ki, harasa getmək üçün ilk növbədə, ölkəni tərk edə bilməlidir. 

Forvard Azərbaycanda sərhədlərin avqustun 1-dək bağlı qalacağını xatırladıb: "Bu səbəbdən, gözləməli və səbrli olmalıyam. Transfer məsələsi üzərində agentlərim işləyir. Bütün dünyada pandemiya olduğu üçün bir az gözləməliyik. Əlbəttə, özüm ölkə xaricində çıxış etmək istəyirəm. Hər şeyin necə olacağını görəcəyik".

Qeyd edək ki, Ruslan Qurbanovun "Keşlə" ilə başa çatan müqaviləsi yenilənməyib. 

Son xəbərlər

Orphus sistemi