"Keşlə"də yeni müqavilə: klub afrikalı hücumçudan cavab gözləyir

"Keşlə"də yeni müqavilə: klub afrikalı hücumçudan cavab gözləyir "Keşlə" futbol klubu "Qəbələ"dən ayrılan Merab Giqauri ilə müqavilə bağlayıb.
Futbol
7 İyun , 2021 14:13
Keşlədə yeni müqavilə: klub afrikalı hücumçudan cavab gözləyir
Merab Giqauri

"Keşlə" futbol klubu "Qəbələ"dən ayrılan Merab Giqauri ilə müqavilə bağlayıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssisin sözlərinə görə, gürcüstanlı yarımmüdafiəçi 1 illik sözləşməyə qol çəkib.

Əyalət təmsilşçisi ilə vidalaşan nigeriyalı hücumçu Ceyms Adeniyi isə hələlik paytaxt klubunun təklifinə müsbət cavab verməyib: "Adeniyinin başqa təklifləri də var. Maliyyə şərtlərində razılığa gələ bilmirik".

Qurbanov Sezar Meza Kolli ilə başa çatan müqavilənin yenilənməyəcəyini vurğulayıb: "Artıq Meza Kollinin komandadan getdiyini deyə bilərik. Onun da başqa təklifləri var. Bu səbəbdən, "Keşlə"də qalmaq istəmədi".

Komandasının hazırlıq planını da açıqlayan baş məşqçi təlim-məşq toplanışına iyunun 15-də Bakıda start verəcəklərini bildirib: "Ölkə xaricinə çıxmayacağıq. İyunun 27-dək paytaxtda hazırlıq keçdikdən sonra iyulun 1-də Qəbələyə yola düşəcəyik. Yoxlama oyunlarındakı rəqiblərin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək".

Son xəbərlər

Orphus sistemi