Kərim Benzema qol sayında Ferents Puşkaşı geridə qoydu

Kərim Benzema qol sayında Ferents Puşkaşı geridə qoydu İspaniya təmsilçisi Real Madridin futbolçusu Kərim Benzema klubun tarixinə düşüb.
Futbol
19 İyun , 2020 09:01
Kərim Benzema qol sayında Ferents Puşkaşı geridə qoydu

İspaniya təmsilçisi "Real Madrid"in futbolçusu Kərim Benzema klubun tarixinə düşüb. 

"Report" "Opta"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu komandanın tarixində ən çox qol vuran beşinci oyunçu olub. Fransalı forvard buna La Liqanın 29-cu turunda "Valensiya"nı 3:0 hesabı ilə məğlub etdikləri matçda yiyələnib. Benzema 61 və 86-cı dəqiqələrdə fərqlənməklə dubl edib. 

Hücumçu 243-cü qolunu vurub və Madrid təmsilçisində 242 qola imza atan əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub.

"Real Madrid" tarixində ən çox qolu hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu vurub - 450. Sabiq futbolçular Raul Qonsales (323) ikinci, Alfredo Di Stefano (308) üçüncü, Santillana (289) isə 4-cü yerdə qərarlaşıb. 

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi