"Kəpəz" - "Sumqayıt" oyununun hakimləri açıqlanıb

"Kəpəz" - "Sumqayıt" oyununun hakimləri açıqlanıb Rəhim Həsənov ardıcıl ikinci tur "Sumqayıt"ın oyununu idarə edəcək
Futbol
1 Dekabr , 2017 18:30
Kəpəz - Sumqayıt oyununun hakimləri açıqlanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu üçün hakim təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, dekabrın 2-də "Kəpəz" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüşü FİFA referisi Rəhim Həsənov idarə edəcək. Həsənov ötən tur "Sumqayıt"ın "Səbail"lə qolsuz heç-heçə etdiyi ev oyununda da iş başında olub. O həmçinin "Kəpəz"in XI turda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduğu görüşün baş hakimi olub. 

Azərbaycan Premyer Liqası, XIV tur

02 dekabr (şənbə)

14:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

Son xəbərlər

Orphus sistemi