"Kəpəz" - "Qəbələ" matçında mübahisəli qol vurulub

"Kəpəz" - "Qəbələ" matçında mübahisəli qol vurulub Qonaq komanda hakimə etiraz edib
Futbol
28 Fevral , 2017 16:07
Kəpəz - Qəbələ matçında mübahisəli qol vurulub

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz" və "Qəbələ" arasında keçirilən oyunda mübahisəli qol qeydə alınıb. "Report"un məlumatına görə, bu, 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Şəhriyar Rəhimovun topu tora göndərdiyi epizodda olub. 

"Qəbələ"nin oyunçuları qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia etsələr də, baş hakim Əliyar Ağayev köməkçisinin də işarəsindən sonra mərkəzi göstərib. Qonaq komandanın etirazlarına baxmayaraq, qərar dəyişməyib. 

Qeyd edək ki, hazırda "Kəpəz" hesabda irəlidədir - 1:0. 

Son xəbərlər

Orphus sistemi