"Kəpəz"in yeni transferi: "Kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq"

"Kəpəz"in yeni transferi: "Kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq" Kollektiv olaraq "Kəpəz"in vəziyyətini dəyişmək üçün çalışırıq.
Futbol
3 Oktyabr , 2024 16:47
Kəpəzin yeni transferi: Kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq
Mahamadu Ba

Kollektiv olaraq "Kəpəz"in vəziyyətini dəyişmək üçün çalışırıq.

"Report"un məlumatına görə, bunu Gəncə təmsilçisinin yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Malili futbolçu həvəslə məşq etdiyini söyləyib:

"Karyeramda yeni dönəm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. Hər halda, ilk baxışdan belə görünür. Türkiyədə isə fərqlidir. Superliqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Superliqasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi