“Kəpəz” futbol komandasının baş məşqçisi Yaşar Vahabzadə 5 oyunluq cəzalanıb.
"Report"un məlumatına görə, səbəb kimi təcrübəli mütəxəssisin I Divizionda VII turun "Turan Tovuz"la ev oyununda hakimi təhqir etməsi göstərilib. AFFA İntizam Komitəsi Gəncə klubuna 400 manat cərimə də kəsib.
"Kəpəz" daha 80 manat cəriməni bu görüşdə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəməli olacaq. Qərb derbisi "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 3:2.
Turun “Zaqatala” – “Keşlə-2” oyununda isə topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulub. Nəticədə meydan sahibləri 80 manat cərimələnib.
“Qaradağ Lökbatan”la oyunun 81-ci dəqiqəsində “Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, Camalov 4 oyun cəzalanıb, klubu 320 manat ziyana düşüb.