"Kəpəz"i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub

Futbol
  • 07 noyabr, 2023
  • 07:27
Kəpəzi növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub

"Kəpəz"də baş məşqçi axtarışları davam edir.

Klubdan "Report"a verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti