Keçmiş səfir "Çelsi" klubunu almaq istəyir

Keçmiş səfir "Çelsi" klubunu almaq istəyir ABŞ Milli Futbol Liqasında çıxış edən "Nyu-York Cets"in sahibi Vudi Conson İngiltərənin "Çelsi" klubunu satın almaq istəyir.
Futbol
8 Mart , 2022 11:21
Keçmiş səfir Çelsi klubunu almaq istəyir
Vudi Conson

ABŞ Milli Futbol Liqasında çıxış edən "Nyu-York Cets"in sahibi Vudi Conson İngiltərənin "Çelsi" klubunu satın almaq istəyir.

"Report" ESPN-ə istinadən xəbər verir ki, iş adamı London təmsilçisinin satışını həyata keçirəcək "Raine Group" şirkəti ilə artıq əlaqə saxlayıb.

Conson Böyük Britaniyada səfir olduğu vaxt Londonda yaşayıb və "zadəganlar" haqqında xeyli məlumata malikdir.

Qeyd edək ki, daha əvvəl Roman Abramoviç Rusiya - Ukrayna müharibəsi ilə bağlı "Çelsi" klubunu satışa çıxardığını açıqlayıb. O, klubun satışından əldə olunacaq bütün xalis gəlirin Ukraynada müharibədən əziyyət çəkənlərə bağışlanacağını bildirib.

Son xəbərlər

Orphus sistemi