"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" qələbə qazanacaq"

"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" qələbə qazanacaq" "Kayrat"ın qaləbə qazanmaq şansı, amma "Qarabağ"ın daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, Almatı təmsilçisi son 3 görüşdə qalib gəlsə, növbəti mərhələ şansı olacaq. Bunun mümkün olub-olmadığını görəcəyik. Baxmayaraq ki, ehtimal kiçikdir".
Futbol
4 Noyabr , 2021 09:05
Kayratın sabiq futbolçusu: Qarabağ qələbə qazanacaq
Çuma Anene

"Meydan sahiblərinin qaləbə şansı var, amma rəqibin daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, Almatı təmsilçisi son 3 görüşdə qalib gəlsə, növbəti mərhələ şansı olacaq. Bunun mümkün olub-olmadığını görəcəyik. Baxmayaraq ki, ehtimal kiçikdir".

"Report"un məlumatına görə, bu fikirləri "Kayrat"ın sabiq futbolçusu Çuma Anene Qazaxıstan klubunun "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə danışarkən deyib.

Norveçin "Sannefyord" klubunda çıxış edən 28 yaşlı hücumçu bugünkü matçda qonaq komandanın qələbə qazanacağını proqnozlaşdırıb: "Qarşılaşma darıxdırıcı ola bilər. Amma yekunda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanacaq. "Kayrat" var gücü ilə mübarizə aparmalıdır".

Anene "Kayrat"ın risk etməli olduğunu da diqqətə çatdırıb: "Qarabağ" demək olar ki, bütün maneələri dəf edib. Komanda növbəti mərhələ üçün bu rəqibini üstələmək istəyəcək. Mən qonaqların baş məşqçisinin yerinə olsaydım, bütün güclü futbolçuları döyüşə atardım. Təəssüf ki, "Kayrat"ın qisas ala biləcəyini düşünmürəm".

Qeyd edək ki, bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi