"Kayrat"ın futbolçusu "Zenit"ə keçir
Futbol
- 12 yanvar, 2022
- 11:59
Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur.
"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib.
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Nuralı Alip bu mövsüm "Kayrat"ın heyətində 13 oyun keçirib. Bunlardan 2-si Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup matçlarına təsadüf edib. Futbolçunun transfer dəyəri 1,7 milyon avrodur. Onun "Kayrat"la 2023-cü ilin yayınadək sözləşməsi var idi.
Qazaxıstan yığması isə UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın potensial rəqiblərindəndir.
Son xəbərlər
21:21
Böyük Britaniyanın hava limanlarının işi pozulub
Digər ölkələr21:14
Foto
Şəkidəki istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Hadisə21:00
Foto
Bakıda Huawei, Photomate və Helind Enerji-nin birgə təşkilatçılığı ilə "FusionSolar Day Azerbaijan 2026" keçirilib
Biznes20:54
Video
Balaxanı qəsəbəsində obyektdə yanğın söndürülüb - YENİLƏNİB - 2
Hadisə20:46
Fuad Muradov: Türkiyədə yaşayan 10 mindən çox azərbaycanlı qanuni sənədlə təmin edilib
Diaspor20:32
Faiq Quliyev Azərbaycana səfər etmiş gürcü jurnalist və blogerlərlə görüşüb
Xarici siyasət20:30
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Xarici siyasət20:22
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb
Futbol20:21