"Kayrat"ın futbolçusu "Qarabağ"la oyundan əvvəl sıraya dönüb

"Kayrat"ın futbolçusu "Qarabağ"la oyundan əvvəl sıraya dönüb UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Yatsek Quralski sıraya dönüb.
Futbol
16 Oktyabr , 2021 10:17
Kayratın futbolçusu Qarabağla oyundan əvvəl sıraya dönüb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Yatsek Quralski sıraya dönüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, uzun müdət yaşıl meydanlardan kənarda qalan 29 yaşlı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

Fevralda diz bağları qopan polşalı oyunçu Almatı təmsilçisi ilə məşqlərə start verib. Onun qarşıdakı görüşlərdə iştirak edə biləcəyi bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi