Kaxaber Tsxadadze "Dinamo" klubundan istefa verir

Kaxaber Tsxadadze "Dinamo" klubundan istefa verir Gürcüstanın "Dinamo" (Tbilisi) komandası baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırır.
Futbol
18 İyun , 2022 14:51
Kaxaber Tsxadadze Dinamo klubundan istefa verir

Gürcüstanın "Dinamo" (Tbilisi) komandası baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırır.

"Report" "Lelo" nəşrinə istinadən xəbər verir ki, transfer siyasətindən narazı olan 54 yaşlı mütəxəssis Tbilisi təmsilçisini tərk etməyə hazırlaşır.

Təcrübəli baş məşqçi hazırkı heyətlə avrokuboklarda layiqli mübarizə aparmağın çətin olduğunu rəhbərliyə çatdırıb. Tərəflərin qısa zamanda əməkdaşlığa son qoyacağı gözlənilir.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2021-ci ilin mayından "Dinamo"ya rəhbərlik edir. Mütəxəssis 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" (hazırkı "Şamaxı") komandalarının baş məşqçisi olub. O, Qazaxıstanın "Ordabaşı" komandasında da çalışıb.

Son xəbərlər

Orphus sistemi