Kavani Messi və Levandovskinin rekordunu qırdı

Kavani Messi və Levandovskinin rekordunu qırdı Uruqvaylı hücumçu evdə İtaliya "Roma"sını 6:2 hesabı ilə yendikləri Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub
Futbol
30 Aprel , 2021 09:20
Kavani Messi və Levandovskinin rekordunu qırdı
Edinson Kavani

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Edinson Kavani yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, uruqvaylı hücumçu evdə İtaliya "Roma"sını 6:2 hesabı ilə yendikləri Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Kavani 34 yaş 74 günündə avrokuboklarda 2+2 edə bilən ən yaşlı futbolçuya çevrilib. O, Almaniya "Bavariya"sından Robert Levandovski və İspaniya "Barselona"sından Lionel Messinin rekordunu qırıb. Hər iki oyunçu bunu 31 yaşında edib.

Qeyd edək ki, Edinson Kavani Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Neftçi"nin formasını geyinmiş Valter Quqlemonun qardaşıdır.

Son xəbərlər

Orphus sistemi