Kasilyasın səhhəti yenidən pisləşib

Kasilyasın səhhəti yenidən pisləşib Veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib
Futbol
786
5 May , 2021 18:47
Kasilyasın səhhəti yenidən pisləşib
İker Kasilyas

İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.

"Report" "Hola" jurnalına istinadən xəbər verir ki, veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib.

Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə Portuqaliyanın "Portu" komandasının məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub. O, 2020-ci ilin fevralında karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi