Kasilyas "Real Madrid"ə qayıdır

Kasilyas "Real Madrid"ə qayıdır İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas "kral klubu"na qayıdır.
Futbol
17 İyul , 2020 21:01
Kasilyas Real Madridə qayıdır

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas "kral klubu"na qayıdır.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.

Portuqaliya "Portu"su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, 1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.

Son xəbərlər

Orphus sistemi