Kapitan "Sumqayıt"da qaldı: "Futbolda sürünmək istəmirəm"

Kapitan "Sumqayıt"da qaldı: "Futbolda sürünmək istəmirəm" "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov klubla müqaviləsinin müddətini uzadıb.
Futbol
15 İyul , 2020 13:40
Kapitan Sumqayıtda qaldı: Futbolda sürünmək istəmirəm
Vurğun Hüseynov

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov klubla müqaviləsinin müddətini uzadıb.

Bu barədə "Report"a 32 yaşlı müdafiəçinin özü məlumat verib.

O bildirib ki, daha 1 il "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

Artıq 32 yaşı olduğunu xatırladan Hüseynov gücü çatdığı qədər oynamaq istədiyini söyləyib: "Hər şey gücdən asılıdır. Futbolda sürünməyi düşünmürəm. Görsəm ki, gücüm tükənib, mövqeyimdə başqa biri daha yaxşı effekt verir, karyeramı bitərəcəyəm".

"Sumqayıt" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan Premyer Liqanın nəticələrinə əsasən, 2020/2021 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək . Komandanın qarşısına qoyulan hədəflərdən söz açan futbolçu avrokuboklara düşməyin də yaxşı nəticə olduğunu vurğulayıb: "Belə bir nəticə əldə etdik və tarixə düşdük. Düşünürəm ki, ilk mərhələni keçmək bizim üçün ən yaxşı nailiyyətlərdən daha biri olardı".

Qeyd edək ki, karyerası ərzində "Turan" və "Qəbələ" klublarının da formasını geyinmiş Vurğun Hüseynov 2013-cü ildən "Sumqayıt"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi