Kamran Ağayev: "Yığmadakı qapıçıları formada saxlamağa çalışacağam"

Kamran Ağayev: "Yığmadakı qapıçıları formada saxlamağa çalışacağam" "Yığmadakı qapıçıları formada saxlamağa çalışacağam".
Futbol
368
17 Yanvar , 2022 20:00
Kamran Ağayev: Yığmadakı qapıçıları formada saxlamağa çalışacağam

"Yığmadakı qapıçıları formada saxlamağa çalışacağam".

"Report"un məlumatına görə, bunu karyerasını yenicə başa vuran qapıçı Kamran Ağayev Azərbaycan millisindəki işi barədə "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olarkən deyib.

Veteran qolkiper bildirib ki, bununla kifayətlənməyəcək: "Daim axtarışda olmaq lazımdır".

Futbolla vidalaşmasına da toxunan Ağayev bunun çətin qərar olduğunu söyləyib: "İdman elədir ki, elə bilirsən, heç vaxt karyeranı bitirməyəcəksən, hər zaman oynayacaqsan. Daha yaxşı yerlərdə ola bilərdim. Hər zaman özümə güvənmişəm. Amma qismət belədir. Hər şeyi almaq olar. Lakin insanların sevgisini qazanmaq asan deyil".

Son xəbərlər

Orphus sistemi