​Kamran Ağayev Türkiyənin "Kayserispor" klubuna keçib - FOTO

​Kamran Ağayev Türkiyənin "Kayserispor" klubuna keçib - FOTO Təcrübəli qapıçı yeni komandasında 36 nömrəli forma ilə çıxış edəcək
Futbol
2 Fevral , 2015 18:20
​Kamran Ağayev Türkiyənin Kayserispor klubuna keçib - FOTO

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin "Kayserispor" klubuna keçib. 

"Report"un məlumatına görə, ötən həftəsonu "Qəbələ" ilə yollarını ayıran qolkiper I Liqa təmsilçisinin heyətində tibbi müayinədən uğurla keçib.

Artıq "Kayserispor" 29 yaşlı əlcək sahibinin adını klubun rəsmi saytında futbolçular siyahısına əlavə edib. Ağayev yeni komandasında 36 nömrəli forma ilə çıxış edəcək. Tezliklə tərəflər arasında sonradan 1 il də uzadıla bilməsi şərti ilə 6 aylıq rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, hazırda "Kayserispor" 18 turdan sonra 37 xalla birinci pillədə qərarlaşıb. Bu komandada 2005-2006-cı il mövsümündə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da forma geyinib.

Son xəbərlər

Orphus sistemi