Azərbaycan millisinin qapıçısı Türkiyə klubundan ayrıla bilər

Azərbaycan millisinin qapıçısı Türkiyə klubundan ayrıla bilər "Karşıyaka" Kamran Ağayevə 3 aydır maaş vermir
Futbol
2 Dekabr , 2015 11:45
Azərbaycan millisinin qapıçısı Türkiyə klubundan ayrıla bilər

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubundan ayrıla bilər. "Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb 29 yaşlı qolkiperdən əlavə, daha 3 oyunçuya sentyabr, oktyabr və noyabrın maaşlarının ödənilməməsidir. 

Həmin futbolçular İqor Duriç, Cibi Fall və ötən mövsüm Bakı "İnter"ində çıxış etmiş Aleksandr Amisulaşvilidir. FİFA qaydalarına əsasən, 3 ayın maaşını ala bilməyən futbolçu klubundan azad agent kimi ayrıla bilər. Amma klub prezidenti Ali Erten bu oyunçuların müqaviləsində 1 aylıq təxirəsalmanın olduğunu söyləyib. Onun sözlərinə görə, heç bir oyunçunun əşyalarını yığıb "Karşıyaka"nı tərk etməsi mümkün deyil: "Onlar əvvəlcə notarius yolu ilə kluba müraciət edərək, maaşlarının ödənilməsi üçün bir ay vaxt verməlidirlər. Bu müddətdə klubun konqresi keçiriləcək və ödəmə edib-etməməyə yeni rəhbərlik qərar verəcək". 

Qeyd edək ki, Kamran Ağayevin "Karşıyaka" ilə iyunda 1 il müddətinə müqavilə bağlayıb.  

Son xəbərlər

Orphus sistemi