Qapıçı Kamran Ağayev Azərbaycan millisi ilə birgə məşqlərə başlayıb

Qapıçı Kamran Ağayev Azərbaycan millisi ilə birgə məşqlərə başlayıb Otuz bir yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir
Futbol
127
23 Mart , 2017 23:53
Qapıçı Kamran Ağayev Azərbaycan millisi ilə birgə məşqlərə başlayıb
Courtesy İmage

Bakı. 23 mart. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan millisi ilə birgə məşqlərə başlayıb.

"Report"un AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən məlumatına görə, 31 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir.

O, bir neçə gün əvvəl aldığı zədə üzündən hazırlıq prosesindən kənarda qalmışdı. Artıq tam bərpa olan K. Ağayev Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında iştirak edə biləcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Xatırladaq ki, baş məşqçi Robert Prosineçki Almaniya ilə matça 26 futbolçu çağırsa da, Ruslan Abışovla Namiq Ələsgərov zədəli olduqları üçün hazırlıq prosesinə qatıla bilməyib.

Son xəbərlər

Orphus sistemi