Kamerun Afrika Millətlər Kubokunda Qvineya-Bisaunu məğlub edib - VİDEO

Kamerun Afrika Millətlər Kubokunda Qvineya-Bisaunu məğlub edib - VİDEO Görüş 2:1 hesabı ilə başa çatıb
Futbol
19 Yanvar , 2017 07:12
Kamerun Afrika Millətlər Kubokunda Qvineya-Bisaunu məğlub edib - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə Kamerun yığması Qabonda keçirilən Afrika Millətlər Kubokunda Qvineya-Bisau üzərində 2:1 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Sebastyen Siani (61-ci dəqiqə) və Maykl Nqadu-Nqacuy (78) fərqlənib. Rəqib komandanın qolunu Piketi (13) vurub.

"A" qrupunun digər matçında Qabon və Burkina-Faso 1:1 hesablı heç-heçə edib.

Hazırda Kamerun yığmasının aktivində 4 xal var və komanda qrup lideridir. İkinci yeri Burkina-Faso və Qabon (hərəyə 2 xal) tutur, Qvineya-Bisau (1) dördüncüdür.

Qrupda sonuncu turun oyunları yanvarın 22-də keçiriləcək. Həmin gün Kamerun Qabonla, Qvineya-Bisau isə Burkina-Faso ilə qarşılaşacaq.

Turnirə fevralın 5-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi