Joze Alesio Da Silva: "Hakimlər oyunun gedişinə təsir etdilər"

Joze Alesio Da Silva: "Hakimlər oyunun gedişinə təsir etdilər" "Oyuna yaxşı başlamamağımızın səbəbi dünən verdiyimiz COVID-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzun koronavirusa yoluxması oldu".
Futbol
17 Yanvar , 2022 20:29
Joze Alesio Da Silva: Hakimlər oyunun gedişinə təsir etdilər

"Oyuna yaxşı başlamamağımızın səbəbi dünən verdiyimiz COVID-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzun koronavirusa yoluxması oldu".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Belçikaya 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunu barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis bildirib ki, bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir edib, oyun planını dəyişib: "Buna görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantları yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik".

Da Silva bu matçın əhəmiyyətinin böyük olduğunu vurğulayıb: "Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclu təsir bağışladılar. Onlar bir gün əvvəl Niderland yığması ilə qarşılaşmışdılar və qələbə qazanmışdılar. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.

Son xəbərlər

Orphus sistemi