Joze Alesio Da Silva: "Gürcüstan millisindən qorxmuruq"

Joze Alesio Da Silva: "Gürcüstan millisindən qorxmuruq" "Hazırlığımız davam edir, hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq".
Futbol
21 Yanvar , 2022 20:58
Joze Alesio Da Silva: Gürcüstan millisindən qorxmuruq

"Hazırlığımız davam edir, hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatında Gürcüstan yığmasına qarşı keçirəcəkləri D qrupunun I tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis bəzən bəxtsizliklə də üzləşdiklərini bildirib: "Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun testləri pozitiv çıxdı. Ümid edirəm ki, PCR testin nəticəsi neqativ çıxacaq. Birdən-birə iki oyunçunu itirmək olmaz. Onlar ilk “5-liy”in üzvləridirlər".

O, komandasının turnirə 100 faiz hazır olmadığını söyləyib: "Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə hərəkət edir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq".

Alesionun sözlərinə görə, rəqib debütant olsa da, güclü komandadır: "Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Amma unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.

Milli komandanın qapıçısı Emin Kürdov isə bildirib ki, pandemiya ilə əlaqədar yarışa hazırlaşan komandalar çətinliklərlə qarşılaşır: "Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyunöncəsi məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızn PCR testin nəticəsi neqativ olacaq. Belə bir deyim formalaşıb: “hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. Ümid edirəm ki, biz daha güclü olarıq".

O, hazırlığın yaxşı keçdiyini deyib: "Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm".

Son xəbərlər

Orphus sistemi