İzmirdəki zəlzələyə görə futbol matçları təxirə salındı

İzmirdəki zəlzələyə görə futbol matçları təxirə salındı Türkiyə Futbol Federasiyası İzmirdə baş verən zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.
Futbol
30 Oktyabr , 2020 17:37
İzmirdəki zəlzələyə görə futbol matçları təxirə salındı

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda keçirilməsi planlaşdırılan "Göztepe" – "Alanyaspor", I Liqada isə "Menemenspor" - "Ankaraspor" və "Altınordu" - "Bandırmaspor", III liqada isə "Berqama Belediyespor" - "KozanSpor" görüşləri təyin olunan vaxtda keçirilməyəcək.

Qeyd edək ki, 4 görüşün hamısı oktyabrın 31-də baş tutmalı idi.

Son xəbərlər

Orphus sistemi