İtaliyanın gənc futbolçusu xərçəng xəstəliyindən ölüb

İtaliyanın gənc futbolçusu xərçəng xəstəliyindən ölüb İtaliyanın "Recina" futbol klubunun keçmiş qapıçısı Daniel Leone vəfat edib.
Futbol
4 Oktyabr , 2021 05:28
İtaliyanın gənc futbolçusu xərçəng xəstəliyindən ölüb
Daniel Leone

İtaliyanın "Recina" futbol klubunun keçmiş qapıçısı Daniel Leone vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Corriere della Sera” bildirib.

Məlumata görə o, 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Futbolçuda xəstəlik 2014-cü ildə aşkarlanıb. O, cərrahi əməliyyat edilib və kimya terapiya kursu keçirib. Daniel Leone 1 il sonra məşqlərə qayıdıb.

Ancaq üç il sonra Leonedə xəstəlik təkrar aşkarlanıb. O, ikinci dəfə əməliyyat edilib. Lakin futbolçu bundan sonra daha meydançaya çıxa bilməyib və bir neçə il xəstəliklə mübarizə aparmağa başlayıb.

Daniel Leone İtaliyanın "Pontedera", "Torres", "Recina", "Katandzaro" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi