İtaliyalı mütəxəssis "Qarabağ"ı "döyüş gəmisi" adlandırdı

İtaliyalı mütəxəssis "Qarabağ"ı "döyüş gəmisi" adlandırdı "Albaniyada işləmək mənim üçün müsbət təcrübə oldu".
Futbol
22 Oktyabr , 2020 16:43
İtaliyalı mütəxəssis Qarabağı döyüş gəmisi adlandırdı
Franko Lerda

"Albaniyada işləmək mənim üçün müsbət təcrübə oldu".

"Report" xəbər verir ki, bunu "Partizani"nin sabiq baş məşqçisi Franko Lerda "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

53 yaşlı italiyalı mütəxəssis 2019-cu ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri görüşləri xatırlayıb:

Lerda Ağdam təmsilçisinin güclü olduğunu etiraf edib: "Onlar çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanırlar. 25 milyon avro büdcələri var. Bakı çox zəngin şəhərdir. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".

Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda Partizani ilə qolsuz heç-heçə edib və Bakıdakı cavab matçında rəqibini 2:0 hesabı ilə üstələyib. Komandanın qollarını 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-cü dəqiqədə isə Dani Kintana vurub.

Son xəbərlər

Orphus sistemi