İtaliyalı hücumçu universitetə görə peşəkar futboldan imtina etdi

İtaliyalı hücumçu universitetə görə peşəkar futboldan imtina etdi Arlotti klubdan ayrılıb və artıq universitetin komandasında çıxış edəcək
Futbol
110
22 Fevral , 2021 15:10
İtaliyalı hücumçu universitetə görə peşəkar futboldan imtina etdi

İtaliyanın "Peskara" klubunun üzvü Alessandro Arlotti peşəkar futboldan imtina edib.

"Report" "Sport1" telekanalına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı hücumçunun ABŞ-ın məşhur Harvard Universitetinə qəbul olmasıdır.

Arlotti klubdan ayrılıb və artıq universitetin komandasında çıxış edəcək.

Qeyd edək ki, Alessandro Arlotti "Monako"nun yetirməsidir. O, İtaliyanın U-17 yığmasında 8 görüş keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi