İtaliyalı baş məşqçi 4-cü dəfə sabiq komandasına qayıtdı

İtaliyalı baş məşqçi 4-cü dəfə sabiq komandasına qayıtdı İtaliya "Cenoa"sının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
21 Dekabr , 2020 19:24
İtaliyalı baş məşqçi 4-cü dəfə sabiq komandasına qayıtdı
Davide Ballardini

İtaliya "Cenoa"sının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyasında çıxış edən komanda Davide Ballardiniyə tapşırılıb.

56 yaşlı mütəxəssislə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rolando Maranı əvəzləyib.

Qeyd edək ki, Ballardini daha əvvəl 2010/2011, 2012/2013 və 2018/2019 mövümlərində də "Cenoa"ya başçılıq edib.

Son xəbərlər

Orphus sistemi