İtaliya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb

İtaliya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb İtaliya millisinin və "Udineze"nin sabiq futbolçusu Antonio Di Natale xoşagəlməz hadisə ilə üzləşib.
Futbol
17 Dekabr , 2021 19:56
İtaliya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb

İtaliya millisinin və "Udineze"nin sabiq futbolçusu Antonio Di Natale xoşagəlməz hadisə ilə üzləşib.

"Report" "Ansa"ya istinadən xəbər verir ki, veteran forvard evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Bıçaq və tapança ilə silahlanmış 5 nəfərdən ibarət mütəşəkkil dəstə keçmiş hücumçunu qarət edib, qolundakı 30 000 avro dəyərindəki saatı götürüb.

Cinayətkarların tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, Antonio Di Natale hazırda ölkəsinin "Karrareze" klubunun baş məşqçisidir. Komanda C Seriyasında mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi