İtaliya millisinin məşqçilər heyətində kütləvi yoluxma

İtaliya millisinin məşqçilər heyətində kütləvi yoluxma Futbol üzrə İtaliya millisinin məşqçilər heyətində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb
Futbol
1 Aprel , 2021 14:06
İtaliya millisinin məşqçilər heyətində kütləvi yoluxma

Futbol üzrə İtaliya millisinin məşqçilər heyətində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report" İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin Litva ilə oyunundan (2:0) sonra 4 nəfərin testi müsbət nəticə verib. Məşqçilərin adları açıqlanmayıb.

İddiaya görə, məşqçilərdən biri hələ Bolqarıstanla matçdan (2:0) sonra özünü pis hiss edib. İtaliyaya qayıtdıqdan sonra həmin şəxsin virusa yoluxduğu bəlli olub. Ardınca isə daha 3 nəfərdə infeksiya aşkarlanıb.

Qeyd edək ki, C qrupunda mübarizə aparan İtaliya millisi 3 turda aksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi