İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
- 25 dekabr, 2023
- 13:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya millisinin və "Latsio" klubunun futbolçusu Çiro İmmobile üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun A Seriyasında "Empoli"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda ombasından zədələnməsi səbəb olub.
Onun yanvarın 20-27-si aralığında Səudiyyə Ərəbistanında keçiriləcək İtaliya Superkuboku turnirində iştirakı da sual altındadır.
Qeyd edək ki, forvard cari mövsüm "Latsio"nun heyətində 23 matçda meydanda olub və 7 qola imza atıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, dekabrın əvvəlində A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub və tarixi rekorda imza atıb.
Son xəbərlər
23:32
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Digər ölkələr
23:22
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Digər ölkələr
23:14
Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
Fərdi
23:05
Beşqat dünya çempionu Eldəniz Əzizli: "Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi"
Fərdi
22:27
Foto
Serbiyada keçirilən parlament seçkilərində seçici fəallığı 64,89 faizə çatıb - Yenilənib-2
Digər ölkələr
22:23
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
22:05
Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
Digər ölkələr
21:40
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Digər ölkələr
21:28
ABŞ və Kanada ticarət sazişi bağlamağa yaxındır
Digər ölkələr