İtaliya millisinin futbolçusu qanunsuz işçilərə görə cərimələnib

İtaliya millisinin futbolçusu qanunsuz işçilərə görə cərimələnib İtaliya millisinin və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.
Futbol
898
4 Sentyabr , 2021 13:18
İtaliya millisinin futbolçusu qanunsuz işçilərə görə cərimələnib
Federiko Bernardesk

İtaliya millisinin və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.

"Report" "QuotidianoNet" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb.

Marina-di-Karraredəki obyektdə 11 qanunsuz işçi olub. Polis həmin çimərliyin fəaliyyətini dayandırıb, Bernardeskini 40 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən "Yuventus"da çıxış edir. O, bu il İtaliya millisi ilə Avropa çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi