İtaliya Kubokunda finalçılar müəyyənləşib

Futbol
  • 20 aprel, 2022
  • 20:59
İtaliya Kubokunda finalçılar müəyyənləşib

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin daha bir cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, Turindəki "Alyans" stadionunda "Yuventus" "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk qolu 32-ci dəqiqədə Federiko Bernardeski vurub. 90-cı dəqiqədə isə Danilo yekun nəticəni müəyyənləşdirib.

"Yuventus" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib. Həlledici qarşılaşmada rəqib "İnter" olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti