İtaliya Kuboku: “Milan” “Latsio”nu məğlub edərək yarımfinala yüksəlib

İtaliya Kuboku: “Milan” “Latsio”nu məğlub edərək yarımfinala yüksəlib Futbol üzrə İtaliya kubokunun 2021/2022 mövsümünün 1/4 final mərhələsinin matçında "Milan" "Latsio"nu qəbul edib.
Futbol
10 Fevral , 2022 02:03
İtaliya Kuboku: “Milan” “Latsio”nu məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə İtaliya kubokunun 2021/2022 mövsümünün 1/4 final mərhələsinin matçında "Milan" "Latsio"nu qəbul edib.

“Report” xəbər verir ki, Milanın “San Siro” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb - hücumçu Rafael Leau fərqlənib. 41-ci dəqiqədə hücumçu Olivye Jiru milanlıların üstünlüyünü gücləndirib. İlk hissənin əlavə olunmuş vaxtında Jiru dubla imza atıb. 79-cu dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessye görüşün sonuncu qolunu vurub.

Beləliklə, “Milan” İtaliya kubokunda yarımfinala yüksəlib, “Latsio”su isə turnirdəki çıxışını başa vurub. İtaliya kubokunun 1/2 finalında "Milan" daha əvvəl "Roma"ya qalib gələn (2:0) "İnter"lə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi