İtaliya klubunun müdafiəçisi "Portu"ya keçib

Futbol
  • 03 sentyabr, 2024
  • 06:55
İtaliya klubunun müdafiəçisi Portuya keçib

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Tyaqu Calo icarə əsasında Portuqaliya təmsilçisi "Portu"ya keçib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı portuqaliyalı ilə icarə müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Calo ötən mövsüm çarpaz bağın yırtılması səbəbindən cəmi bir oyun keçirib. Müdafiəçi 2024-cü ilin yanvarında "Lill"dən Turin klubuna transfer olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti