İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib

İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib İtaliya A Seriyasının XXXIII turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.
Futbol
16 Aprel , 2022 11:58
İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib

İtaliya A Seriyasının XXXIII turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.

Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. N Zola bu səbəbdən bir neçə dəqiqə kənarda qalıb, klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.

Baş məşqçi Tiaqo Motta 26 yaşlı hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.

Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi