İtaliya klubu İnzagi ilə yeni müqavilə imzalayır

İtaliya klubu İnzagi ilə yeni müqavilə imzalayır Futbol üzrə İtaliya A Seriyasında çıxış edən "Latsio" komandası baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzatmaq niyyətindədir.
Futbol
22 İyul , 2020 17:34
İtaliya klubu İnzagi ilə yeni müqavilə imzalayır

Futbol üzrə İtaliya A Seriyasında çıxış edən "Latsio" komandası baş məşqçisi Simone İnzagi ilə müqaviləni uzatmaq niyyətindədir. 

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulacaq. Onun maaşı 2 milyon avrodan 3 milyon avroya qədər artırılacaq. 

Qeyd edək ki, Simone İnzagi 2016-cı ildən "Latsio"nun baş məşqçisidir. O, Roma təmsilçisi ilə ölkə kubokunu və Super Kuboku qazanıb.

Son xəbərlər

Orphus sistemi