İtaliya A Seriyası yenidən dayandırılır?

İtaliya A Seriyası yenidən dayandırılır? İtaliya A Seriyasında koronavirus səbəbindən yenidən məcburi fasilə yarana bilər.
Futbol
30 Sentyabr , 2020 13:46
İtaliya A Seriyası yenidən dayandırılır?

İtaliya A Seriyasında koronavirus səbəbindən yenidən məcburi fasilə yarana bilər. 

"Report" xəbər verir ki, bu barədə "Capital" radiosuna açıqlamasında yerli səhiyyə nazirinin müavini Sandra Zampa deyib.

O bildirib ki, çempionatla imzalanmış protokola əsasən, futbolçular arasında infeksiyaya yoluxma halları artarsa, yarış keçirilməməlidir. Nazirlik rəsmisinin sözlərinə görə, bu halda həm oyunçular meydana çıxa bilməzlər, həm də onların başqalarını yoluxdurma riski var. Zampa çempionatın dayandırılmalı olduğunu açıqlayıb.

Zampa həmçinin azarkeşlərin stadionlara buraxılmasının qəti əleyhinə olduqlarını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 28-də "Cenoa" klubunun 14 üzvündə virus aşkarlanıb. Daha əvvəl isə "Milan"ın hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi