İsveçrə millisinin baş məşqçisi: Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram

İsveçrə millisinin baş məşqçisi: Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram.
Futbol
30 İyun , 2024 00:21
İsveçrə millisinin baş məşqçisi:  Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram

Əldə etdiyimiz nəticənin dadını çıxartmağa çalışıram.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın İtaliyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Türkiyə əsilli mütəxəssis vacib oyunda qalib gəldiklərini bildirib: "Çox vacib görüşdə vacib qələbə qazandıq. Sabah bizi nə gözləyir, onu deyə bilmərəm. Hazırda qalib tərəf bizik, reallıq budur. Meydanın hər qarışı uğrunda mübarizə apardıq və üstün olan tərəf idik. Lazım olan vaxtda qollar vurmağı bacardıq. Anı yaşamağı sevirəm. Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliyaya 2:0 hesabı ilə qalib gələn İsveçrə növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi