İsveçli futbolçu: “Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”
Futbol
- 28 mart, 2023
- 06:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”.
“Report” xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Yesper Karlsson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.
Stokholmdakı görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib: “Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.
Qeyd edək ki, Azərbaycanla İsveç arasında Bakıdakı oyun noyabrın 16-da keçiriləcək.
Son xəbərlər
15:57
Elnur Musayev: "Akvakultura təsərrüfatları bir sıra texnikalar üzrə güzəştdən yararlanacaq"
ASK
15:56
"Yelo Bank"dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Maliyyə
15:56
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Daxili siyasət
15:54
Zehra Zümrüt Selçuk: Dövlətlər ümumi problemlərin həlli üçün səylərini birləşdirməlidir
Xarici siyasət
15:53
Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək
Maliyyə
15:52
Fransada tələbələrlə həmkarlar ittifaqlarının iştirakı ilə yeni etiraz aksiyaları və tətillər keçirilir
Digər ölkələr
15:51
Foto
Video
Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib
Daxili siyasət
15:46
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Xarici siyasət
15:46
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
Daxili siyasət