İsrailli futbolçu: "Neftçi"nin təklifini qəbul etmək çətin olmadı"

İsrailli futbolçu: "Neftçi"nin təklifini qəbul etmək çətin olmadı" "Neftçi"nin təklifini qəbul etmək çətin olmadı".
Futbol
7 İyul , 2022 10:02
İsrailli futbolçu: Neftçinin təklifini qəbul etmək çətin olmadı

"Neftçi"nin təklifini qəbul etmək çətin olmadı. Çünki təklif aldıqdan sonra klubla maraqlandım. Ölkə xaricində oynamaq istəyirdim. Ona görə də bu qərarı asanlıqla verdim".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Ataa Caber "ağ-qaralar"a keçidi barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

İsrailli yarımmüdafiəçi məşqçi və oyunçu heyətinin onu çox yaxşı qarşıladığını bildirib: "Komandadakı ab-havanə bəyənirəm. Buradakıların hamısı peşəkardır. Bunlar mənə futbolçularla dil tapmaqda və kollektivə uyğunlaşmaqda daha çox kömək olur".

28 yaşlı oyunçunun sözlərinə görə, "Neftçi"nin İsrail çempionatından transfer etdiyi digər futbolçular Kenni Sayef və Qodsvey Donyonun ona köməyi dəyəcək: "Sayeflə ötən mövsüm "Aşdod"da birlikdə oynamışıq. Onu çox yaxşı tanıyıram. Donyo ilə isə 2-3 dəfə çempionat matçında üz-üzə rəqib olmuşuq. Biz həm meydanda, həm də kənarda eyni dildə danıırıq. Öz üzərimizdə dayanmadan çalışır, məşqlər edirik. Bütün bacarığımızı ortaya qoyuruq. Əminəm ki, rəsmi oyunlaradək tam hazır vəziyyətdə olacağıq".

Təcrübəli yarımmüdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Kipr "Aris"i barədə məlumatının olmadığını vurğulayıb: "Məşqçilər heyətini rəqibi analiz edir. İnanıram ki, bizi oyuna tam hazırlayacaqlar".

Caber sonda "Neftçi" azarkeşlərindən də söz açıb: "Onlar haqqında çox məlumatım var. Komandaya faydalı futbolçu olmaq və qazanıla biləcək bütün titulları əldə etmək üçün sonadək vuruşacağam. Bunu sizə əminliklə deyirəm".

Qeyd edək ki, Ataa Caber "Neftçi" ilə 2 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi