İsrailli futbolçu: "Azərbaycan millisinə dəvət almışdım"

İsrailli futbolçu: "Azərbaycan millisinə dəvət almışdım" 2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan israilli futbolçu Əmir Ağayev ölkəsinin "ONE" nəşrinin suallarını cavablandırıb.
Futbol
568
3 Avqust , 2020 10:56
İsrailli futbolçu: Azərbaycan millisinə dəvət almışdım

2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan israilli futbolçu Əmir Ağayev ölkəsinin "ONE" nəşrinin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

- Azərbaycan millisinə dəvət alacağınız gözlənilirdi. Buna nə dərəcədə yaxın idiniz?

- Mən artıq Azərbaycan millisinin heyətində idim. Mart ayında Lixtenşteyn və Malta ilə yoldaşlıq oyunları üçün yığmaya çağırılmışdım. Amma UEFA-ya göndərdiyimiz sənədlər vaxtında hazır olmadı. Vətəndaşlığımı dəyişməli idim. Çünki İsrailin olimpiya yığmasında oynamışdım. Koronavirus oyunları dayandırdı. Mən isə ümumiyyətlə oynamadım. Hətta dəvət almadım. Halbuki yığmaya çağırıldığım üçün çox sevinmişdim. Sonradan isə klubdan mənə bunun baş tutmayacağını söylədilər.

- Məsələ artıq bağlanıb, yoxsa, bu, yenidən baş verə bilər?

- Mənə dediklərinə görə, Azərbaycanda oynamasam belə, yığmaya dəvət ala bilərəm. Ümid edirəm ki, bu, yenidən olacaq. Bu, mənə daha da stimul verə bilərdi. Pandemiya bütün planları pozdu.

- Klubdan sizinlə əlaqə saxlayırlar?

- Bəli, hər gün mənimlə danışırlar və daha aşağı maaşla komandada qalmağımı istəyirlər. Bu isə məni heç cür qane etmir. "Neftçi" klubundan da mənə zəng vurmuşdular. Dedilər ki, sənin oyununu bəyənirik və komandamızda görmək istəyirik. Amma onlar da büdcəni azaldıblar və daha ucuz oyunçular alırlar. Fikrimcə, bu variant da alınmayacaq. Hazırda vəziyyət belədir.

- Azərbaycan olmasa belə, karyeranızı ölkə xaricində davam etdirmək istəyirsiniz?

- Hazırkı vəziyyətdə heç nəyi istisna etmirəm. Amma hələlik ciddi təklif yoxdur. İsrailə yaxın ölkədə oynamaq istərdim. Amma mən burada ailəm və dostlarımda xoşbəxtəm. Böyük qızım deyir ki, Bakıya qayıtmaq istəmir. Bundan sonra mən nə deyə bilərəm?

Orphus sistemi