İspaniyalı mütəxəssis "Qarabağ"ı "Kayrat"la oyunun favoriti hesab edib

İspaniyalı mütəxəssis "Qarabağ"ı "Kayrat"la oyunun favoriti hesab edib "Bu qarşılaşmanın favoriti "Qarabağ"dır. Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər. Bütün bunlar "Kayrat"ın daha az təzyiqlə oynamasına kömək edə biləcək amillərdir".
Futbol
21 Oktyabr , 2021 09:40
İspaniyalı mütəxəssis Qarabağı Kayratla oyunun favoriti hesab edib

"Bu qarşılaşmanın favoriti "Qarabağ"dır. Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər. Bütün bunlar "Kayrat"ın daha az təzyiqlə oynamasına kömək edə biləcək amillərdir".

"Report"un məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun sabiq baş məşqçisi Karlos Alos Ferrer Almatı təmsilçisinin "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl "Bookmaker-ratings.kz" nəşrinə açıqlamasında deyib.

46 yaşlı ispaniyalı mütəxəssis Qazaxıstan klubunun qələbə şansının olduğunu da söyləyib: "Çünki əla komandaya sahibdirlər. Fikrimcə, "Qarabağ"ın qələbə ehtimalı 60 faizdir. Lakin "Kayrat"ın bu matçda lazım olan xalları toplamaq üçün hələ də yaxşı imkanları var".

Alos Ferrer Ağdam təmsilçisinin oyun ərzində topa daha çox sahib olduğunu xatırladıb: "Kayrat" buna hazır olmalıdır. Komandanın hücumçuları bütün şanslardan istifadə etmək məcburiyyətindədirlər. Onlar müdafiədən hücuma keçərkən bütün boşluqlardan yararlanmalı, kollektiv şəkildə müdafiəyə çəkilməyə hazır olmalıdırlar. Həmişə keçmiş komandalarıma azarkeşlik edirəm. Ümid edirəm ki, qonaqlar 2:1 hesabı ilə qələbə qazanacaqlar. Ancaq bu, asan olmayacaq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi