İspaniyalı futbolçu: "Əvvəllər Azərbaycan futbolunda yaxşı pul var idi"

İspaniyalı futbolçu: "Əvvəllər Azərbaycan futbolunda yaxşı pul var idi" "Azərbaycan ekzotik ölkədir"
Futbol
6 May , 2021 16:53
İspaniyalı futbolçu: Əvvəllər Azərbaycan futbolunda yaxşı pul var idi

"Azərbaycan ekzotik ölkədir. Orada çıxış etdiyim vaxt futbolda yaxşı pul var idi".

"Report"un məlumatına görə, bu fikirləri "Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva "marbella24.es" saytına açıqlamasında Azərbaycandakı karyerası barədə danışarkən deyib.

İspaniyalı müdafiəçi ölkəyə tez uyğunlaşdığını bildirib: "Klub paytaxt Bakıdan uzaqda məskunlaşsa da, şəraiti yaxşı idi. Onda Toni Doblas da "Xəzər Lənkəran"da çıxış edirdi. Komandanın baş məşqçisi isə Con Benjamin Toşak idi. Həmin kollektivlə Azərbaycan Super Kubokunu qazandıq".

Qeyd edək ki, Alvaro Silva 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi