İspaniyalı baş məşqçi Avropa Liqasında yeni rekorda imza atdı

İspaniyalı baş məşqçi Avropa Liqasında yeni rekorda imza atdı Mütəxəssis karyerasında 6-cı dəfə bu turnirin yarımfinalına yüksəlib
Futbol
16 Aprel , 2021 09:05
İspaniyalı baş məşqçi Avropa Liqasında yeni rekorda imza atdı
Unay Emeri

İspaniyanın "Vilyarreal" komandasının baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb.

"Report" xəbər verir ki, 50 yaşlı mütəxəssis karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.

"Vilyarreal" 1/4 final mərhələsində Xorvatoyanın "Dinamo" (Zaqreb) klubunu iki görüşdə məğlub edib - 1:0; 2:1.

Emeri daha əvvəl İngiltərə "Arsenal"ı və İspaniya "Valensiya"sı ilə yarımfinala adlayıb.

İspaniyalı baş məşqçi 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində İspaniyanın "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi