İspaniyalı azarkeşlər millimizin futbolçusunu hədəfə aldı

İspaniyalı azarkeşlər millimizin futbolçusunu hədəfə aldı İspaniyanın "Albasete" klubunun azarkeşləri Azərbaycan milisinin futbolçusu Eddi İsrafilovu tənqid edib
Futbol
774
8 Yanvar , 2021 15:38
İspaniyalı azarkeşlər millimizin futbolçusunu hədəfə aldı
Eddi İsrafilov

İspaniyanın "Albasete" klubunun azarkeşləri Azərbaycan milisinin futbolçusu Eddi İsrafilovu tənqid edib.

"Report"un məlumatına görə, tvitterdə bir qrup yerli fanat 28 yaşlı yarımmdüfiəçinin çıxışından razı qalmadıqlarını bildirib.

Hətta azarkeşlərdən biri İsrafilovu klub tarixinin ən pisi oyunçusu adlandırıb. Digəri isə "Albasete"nin keçmiş idman direktoru Mauro Peresin İsrafilovla 4 illik müqavilə imzalandığı üçün təzminat ödəməli olduğunu yazıb.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete"də çıxış edir. Komanda İspaniya Sequndasında 20 turdan sonra 15 xalla sonuncu - 22-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi