İspaniya yığmasının 16 yaşlı futbolçusu Zinəddin Zidanın uğurunu təkrarlayıb

İspaniya yığmasının 16 yaşlı futbolçusu Zinəddin Zidanın uğurunu təkrarlayıb İspaniya yığmasının 16 yaşlı futbolçusu Lamin Yamal Almaniyada təşkil olunmuş Avropa çempionatının 1/8 final mərhələsində Gürcüstan millisinə qarşı oyundan sonra məşhur fransalı yarımmüdafiəçi Zinəddin Zidanın uğurunu təkrarlayıb.
Futbol
1 İyul , 2024 10:38
İspaniya yığmasının 16 yaşlı futbolçusu Zinəddin Zidanın uğurunu təkrarlayıb

İspaniya yığmasının 16 yaşlı futbolçusu Lamin Yamal Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalının Gürcüstan millisinə qarşı oyunundan sonra məşhur fransalı yarımmüdafiəçi Zinəddin Zidanın uğurunu təkrarlayıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, gənc vinger Avropa çempionatları tarixində bir matçda ən azı 5 zərbə endirməyi və komanda yoldaşları üçün ən azı 5 şans yaratmağı bacaran ikinci oyunçu olub.

O, qarşılaşma ərzində qapıya 7 zərbə endirib və komanda yoldaşları üçün 6 dəfə qol şansı yaradıb. İkinci belə hal AVRO-2004-də qeydə alınıb. Həmin vaxt Z.Zidan İngiltərə millisi ilə oyunda rəqib qapısına 6 zərbə vurmaqla yanaşı, komanda yoldaşları üçün eyni sayda qol şansı yaradıb.

Qeyd edək ki, İspaniya millisi 1/8 finalda Gürcüstanı 4:1 hesabı ilə məğlub edib. Pireneylilər iyulun 5-də 1/4 finalda Almaniya ilə qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi