İspaniya yığması Fransada doğulmuş müdafiəçini milliləşdirdi

İspaniya yığması Fransada doğulmuş müdafiəçini milliləşdirdi İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Emerik Laport İspaniya vətəndaşlığı alma prosesini yekunlaşdırıb
Futbol
156
12 May , 2021 17:42
İspaniya yığması Fransada doğulmuş müdafiəçini milliləşdirdi
Emerik Laport

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Emerik Laport İspaniya vətəndaşlığı alma prosesini yekunlaşdırıb.

"Report"un "Marca"ya istinadən məlumatına görə, 26 yaşlı müdafiəçi qarşıdakı Avropa çempionatında İspaniya millisinə kömək edə biləcək. O, Fransada doğulsa da, milliyyətcə baskdır. "Mançester Siti"yə keçənədək Laport "Atletik"in formasını geyinib. Gənc yaşlarında isə Laport Fransanın aşağı yaş qrupları üzrə yığmasında çıxış edib.

Qeyd edək ki, 11 iyun - 11 iyulda keçiriləcək Avropa çempionatında İspaniya yığması Polşa, Slovakiya və İsveçlə eyni qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi